Azərbaycanda boşanma halları artıb

Azərbaycanda hər 1 saatda 2 boşanma olur. Yanvar-fevral üzrə boşanma halları 2505 -dən 3014-ə kimi artıb.
Statistika Komitəsinin verdiyi məlumata görə, ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 57033 nikaha daxilolma və 14525 boşanma halları qeydə alınıb.
Sosioloq Elçin Bayramlının sözlərinə görə ölkə də ailə institutları məqsədli şəkildə məhv edilir.
"Boşanmalarla
bağlı problem Azərbaycan da faciəvi vəziyyətə gedib çıxır və hətta boşanma sayları
50 faizə gəlib çatır. Artıq ölkə də ailə institutları tamamilə dağılmaq üzrədir. Bu,
son dövrlərda aparılan təbliğatın, görülən hüquqi işlərin məntiqi nəticəsidir.
Boşanmaları asanlaşdırmaq üçün bizim qanunvericiliyimizdə mümkün olan hər şey
olunubdur. Təbii ki, burda avropanın da təsiri var. Hakimlər cidd-cəhdlə calışır
ki, boşanma prosesini mümkün qədər tez reallaşdırsınlar. Vəkillər var gücü ilə
çalışırlar ki, boşanmalar sürətlənsin. Hətta bunun üçün elan da verirlər. Bu məsələnin
hüquqi tərəfidir. Məsələnin sosial tərəfi də var-işsizlik, yoxsulluq, evsizlik
kimi problemlər boşanmaya gətirib çıxarır. Xüsusilə də insanların indi maddi dəyərlərə üstünlük verildiyi dövrdə bu mühüm amildir.
O,
bildirib ki, məsələnin digər tərəfi mənəvi
deqradasiyadır.
"Son 30 ildə cəmiyyətimiz də televiziyanın, medianın, tanınmışların apardığı təbliğatlar öz nəticəsini verir. Düzdür burda xarici dairələrin də böyük rolu var. Azərbaycanda gender, feminizim adı altında milyonlarla qrant layihələr həyata keçirilir. Nəticə də elə vəziyyət yaranır ki, insanlar ailə dəyərlərinə boş bir şey kimi baxırlar. Tez-tez evlənmək-boşanmaq adiləşib. Nəticə də ortalıq yetim uşaqlarla dolur və ailə institumuz dağılır. Bununla da mənəvi dəyərlərimiz məhv olur. Bunun qarşısının alınması üçün hökumət orqanları və media heç bir addım atmır. Əksinə olaraq bu məsələnin daha da dərinləşməsinə çalışır. Burada özəl televiziyaları xüsusilə qeyd etmək lazımdır. Biz artıq mənəvi cəhətdən tamamilə deqradasiyaya uğramış cəmiyyətə çevrilmişik. Mənəvi dəyərlər olmayan bir yerdə heç bir ailədən söhbət gedə bilməz. Düşünürəm ki yaranmış bu vəziyyətdən heç bir çıxış yolu yoxdur. Artıq çox gecdir. Sadəcə olaraq gözləməliyik ki, nə vaxt bizim ailə institutumuz nə vaxt dağılacaq. Düşünürəm ki yaxın illərdə bu baş verəcək”, - deyə Bayramlı bildirib.
Psixoloq
Gülər Məmmədovanın sözlərinə görə boşanmaların əsas səbəblərindən biri valideynlərdir.
"Boşanmaların
bir çox səbəbləri var. Gənclər ailə həyatı qurmazdan əvvəl ilk növbədə bu
prosesə hazır olmalıdırlar. Bəzən gənclər valideynlərin təkidi ilə ailə həyatı
qururlar. Digər tərəfdən ailə quran gənclər əvvəlcədən tibbi müayinədən
keçmirlər. Kimin nə psixoloji problemi var bəlli olmur və biri-birilərinin xarakterlərini
bilmədən ailə həyatı qururlar. Sonda isə bu cür problem üzə çıxır. Ona görə də
valideynlər mühafizəkar olmamalı və cütlüklərin biri-birilərini sağlam, azad şəkildə tanımasına mane olmamalıdırlar.
Müasir dövrün gəncləri daha azad olmaq istəyirlər. Onlar sərbəst, müstəqil
olmağa çalışırlar. Düşünürlər ki, kimdənsə aslı olmaqdansa, yerindəcə münasibətləri
kəsmək və boşanmaq daha üstündür. Ailə dönəmində iki şəxs arasında qarşılıqlı
konfilikt, anlaşılmazlıq ola bilər. Sadəcə bu məqamlarda səbrli davranıb münasibətləri
qorumaq lazımdır. Əgər həqiqətən də ciddi bir problem varsa, hər hansı bir nevrotik
və yaxud genetik amillərdən qaynaqlanan psixi pozuntu varsa, təbii ki, belə
halda boşanmaq birmənalıdır. Çünki həmin ailə də böyüyən uşagların da psixolojisi pozulur”, - deyə Məmmədova
bildirib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























