• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlər üçün təlimin bağlanış mərasimi keçirildi - FOTOLAR

Jurnalistlər üçün təlimin bağlanış mərasimi keçirildi - FOTOLAR
28.04.2023 16:35
Aprelin 28-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin bağlanış mərasimi baş tutub.

Bağlanış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq təcrübəsinin uğurunu qeyd edərək vurğulayıb ki, bu kimi təlimlər Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında media sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlərə münasibətdə həmrəy informasiya müstəvisinin yaradılmasına, həmçinin media sahəsində yeni trendin başlanğıcına töhfə verəcəkdir.

Bir həftə davam edən proqram çərçivəsində jurnalistlər və media mütəxəssisləri üçün ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva, xarici ekspert Ornella Ramasauskaite, "ASAN Radio”nun direktoru Emin Musavi, Ankara Universitetinin Kommunikasiya fakültəsinin dekan müavini Şafak Dikmen, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri, əməkdar jurnalist Rəhman Hacıyev tərəfindən "Müasir qlobal media trendləri”, "Media-kommunikasiya”, "Fake news”, dezinformasiya və onlayn mediada nifrət nitqi”, "Ənənəvi medianın çətinlikləri və imkanları”, "Sosial media alətləri ilə işləmək”, "Çap mediasında ənənəvi medianın çətinlikləri və imkanları” və s. kimi mövzularda təlimlər keçirilib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol