Azərbaycanda minalardan təmizlənən ərazilərin sayı açıqlanıb- RƏSMİ

Vətən müharibəsindən sonra 77 890 hektar ərazi minalardan təmizlənib, 87 min mina və partlamamış hərbi sursat aşkarlanıb. Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.
Ümumilikdə müharibədən sonrakı dövrdə Azərbaycanda 298 nəfər minaya düşüb, onlardan 53 nəfəri ölüb, 245 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"1991-ci ildən indiyədək Azərbaycanda mina partlayışları nəticəsində 358 uşaq və 38 qadın daxil olmaqla, 3377 nəfər ölüb və ya yaralanıb”,- Vüqar Süleymanov əlavə edib.
2023-cü il aprelin 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 13, tank əleyhinə 12 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirilib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib