Güləş üzrə Dünya Kubokları ləğv edilib

Bu il İran və ABŞ-da keçirilməsi planlaşdırılan güləş üzrə Dünya Kubokları ləğv edilib.
Dünya Güləş Birliyinin (UWW) rəsmi saytı xəbər verir ki, qərar Paris-2024 Yay Olimpiya Oyunları öncəsi bu cür yüksək səviyyəli tədbirlərin təşkili ilə bağlı problemlər və çətinliklər diqqətlə nəzərdən keçirildikdən sonra qəbul olunub.
Bildirilib ki, bir çox ölkə təmsilçiləri olimpiadaya hazırlığa diqqət yetirdiyindən, Dünya Kuboklarında idmançı sayının az olması UWW üçün narahatlıq yaradır: "Həmçinin, bu ilin sentyabrında Belqradda keçirilməsi planlaşdırılan dünya çempionatı də güləşçilər üzərində təzyiqi artıracaq".
Qərara təsir edən amillərdən biri də yerli təşkilat komitələrindən lazımi qədər dəstəyin olmamasıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























