100 min abonent sayğacla təmin ediləcək

Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda istehlakçıların içməli su ilə təmin edilməsi, sudan nəzarətdənkənar istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 25 aprel 2023-cü il tarixli əmrinə əsasən, Tədbirlər Planı təsdiq edilib.
Tədbirlər Planında nəzərdə tutulan işlərin operativ və keyfiyyətlə icra edilməsi, içməli su təchizatı sisteminə qanunsuz və nəzarətdənkənar qoşulmaların aradan qaldırılması istiqamətində təcili tədbirlərin görülməsi məqsədilə "Azərsu” ASC tərəfindən Fəaliyyət Planı hazırlanaraq təsdiq edilib.
Tədbirlər Planına uyğun olaraq ilk növbədə sənaye müəssisələri, ictimai-iaşə obyektləri, yaşıllıqlar, parklar, avtoyuyucu məntəqələr və digər obyektlər tərəfindən su təchizatı sistemlərinə qanunsuz qoşulmaların müəyyən edilməsi, qeydiyyata alınması və sayğacla təmin olunması istiqamətində tədbirlərin görülməsi ciddi tapşırıq kimi qarşıya qoyulub. Eyni zamanda, cari ilin sonuna qədər planlaşdırılandan əlavə 100 min sayğacsız abonentin sayğacla təmin edilməsi nəzərdə tutulur.
Su itkilərinin azaldılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması məqsədilə Abşeron yarımadasındakı Sukanal idarələrinin hər biri üzrə işçi qrupları yaradılıb. İşçi qruplar nöqsanların aradan qaldırılmasına birbaşa nəzarət etməklə, aşkar edilmiş faktlarla bağlı təhlillər aparacaq, yerli icra hakimiyyətləri ilə əlaqəli fəaliyyətin təşkilini həyata keçirəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























