Abşeronda beşmərtəbəli binanın damı uçdu

Ötən gecə əsən güclü külək nəticəsində Xırdalan şəhərində yaşayış binasının damı uçub.Sakinlərin APA-ya verdiyi məlumata görə, güclü külək 26-cı məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının damını uçurub. Nəticədə ərazidə olan bir neçə avtomobilə ziyan dəyib. Dam örtüyünün uçması nəticəsində elektrik naqilləri qırılaraq sıradan çıxıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























