• $
  • €
  • ₽
  • ₺
  • £

Güclü külək Göyçaya ziyan vurub

Güclü külək Göyçaya ziyan vurub
18.03.2014 10:43
Martın 17-dən günorta saatlarından başlayaraq əsən güclü külək Göyçay rayonunda ciddi fəsadlara səbəb olub.APA-nın yerli bürosunun məlumatına görə, təxminən 15 saatdan çox bir vaxtda əsən güclü küləyin təsiri nəticəsində Göyçay şəhərində və bütün kəndlərdə elektrik enerjisinin verilişi tamamilə dayanıb. Güclü külək bir çox yerdə ağacları, elektrik, rabitə və gecə işıqlandırma dirəklərini aşırıb, naqillər qırılaraq sıradan çıxıb. Bir sutka ərzində Göyçay rayonunun 40-a yaxın yaşayış məntəqəsində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub, rabitə və internet kəsilib. Martın 18-də gecə səhərədək davam edən külək bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb. Göyçay şəhərində və kəndlərdə 30-dan çox ağac yıxılıb, yollar müəyyən müddətdə bağlı qalıb, elektrik və rabitə xətləri qırılaraq yerə düşüb. Külək rayon ərazisində 25-ə yaxın evin və yardımçı tikililərin dam örtüyünü qoparıb. Qasırğa bu gün səhər saat 9-dək davam edib. Dünən günorta saatlarından indiyədək rayonda elektrik enerjisinin verilişi tam dayanıb. Xətlərin bərpası üçün hazırda tədbirlər görülür, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür. Bir sutkadır ki, rayon mərkəzinin bəzi küçələrində və kəndlərdə təbii qaz verilişi də tamamilə dayandırılıb. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir, evlərə, obyektlərə baxış keçirilir və hazırda dəyən ziyanın məbləği hesablanır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol