• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir siyasi partiya ləğv olundu

Azərbaycanda daha bir siyasi partiya ləğv olundu
29.04.2023 21:00

Azərbaycan Tərəqqi Partiyası fəaliyyətinə xitam verdiyini açıqlayıb.

Bu barədə məlumat partiyanın sədr əvəzi Vilayət Həsənovun imzası ilə yayılan bəyanatda yer alıb.

Bəyanatda qeyd olunur ki, Azərbaycan Tərəqqi Partiyası 2 fevral 1999-cu il tarixində sabiq deputatı Çingiz Sadıxovun (Dəmiroğlu) rəhbərliyi ilə təsis edilib və 2005-ci ildə rəsmi dövlət qeydiyyatına alınıb.

Onu da bildirək ki, son günlərdə Vahid Azərbaycan Milli Birlik, Aydınlar Partiyası, Azərbaycan Liberal Demokrat, Müstəqil Xalq, Azərbaycan Milli Demokrat, Yeni Yol partiyaları da fəaliyyətlərini dayandırıb.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Milli Məclisin "Siyasi partiyalar haqqında” Qanunu qəbul edib və Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib. Yeni qanuna görə siyasi partiyaların 5 min üzvü olmalıdır. 

Xatırladaq ki, bu günə kimi Azərbaycanda ümumilikdə 67 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib. Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib:

– Azərbaycan Demokratik Sahibkarlar Partiyası
– Milli Qurtuluş Partiyası
– Azərbaycan Xalq Demokratik Partiyası
– Azərbaycan Milli Hərəkat Partiyası
– Azərbaycan Kəndli Partiyası
– Azərbaycan Yurddaş Partiyası

Bunlardan başqa bu günə kimi 2 siyasi partiyanın – Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol