• $
  • €
  • ₽
  • ₺
  • £

“Teknofest-2023”də azərbaycanlı tələbələr birinci oldu

“Teknofest-2023”də azərbaycanlı tələbələr birinci oldu
29.04.2023 23:00
Türkiyənin Bursa şəhərində keçirilən "Teknofest-2023 Beynəlxalq Pilotsuz Uçuş Aparatları” yarışmasında azərbaycanlı tələbələrdən ibarət "DroneX” komandası 111 komanda arasında qalib olub.


"Palmali Holding”in dəstək olduğu "DroneX” komandası bu gün "Mübariz” Pilotsuz Uçuş Aparatı ilə "Teknofest-2023 Beynəlxalq Pilotsuz  Uçuş Aparatları” yarışmasında birincilik əldə edib.

"DroneX” komandasının kapitanı Davud Süleymanov mükafatı alarkən keçirdiyi hissləri bölüşüb:

"Mükafatı alarkən keçirdiyim hissləri təsvir etmək çətindir. Məndə və komandamda böyük bir həyəcan, xoşbəxtlik və qürur hissi var. Biz bu mükafatı kollektivimizin gərgin zəhməti və nizam-intizamlı əməyi nəticəsində qazandıq. Komanda yoldaşlarımın bacarığı, əzmi və əzmkarlığı bizə bu uğuru qazanmağa imkan verdi. Bu gün aldığımız mükafat təkcə nailiyyət sertifikatı və ya medal deyil, həm də əməkdaşlığımızın, komanda ruhunun və inancımızın əhəmiyyətini ifadə edir. Bugünkü mükafat da gələcək hədəflərimiz üçün motivasiya mənbəyi olacaq.  Bu uğurda Mübariz Mənsimovun və "Palmali” şirkətinin dəstəyinin böyük rolu olub. Onların dəstəyi olmasaydı, bəlkə də bu qələbə mümkün olmazdı. Ona görə də onlara bizə göstərdikləri dəstəyə görə bir daha təşəkkür etmək istəyirəm. Bu qələbə komandamız üçün mühüm mərhələdir və bizi gələcək nailiyyətlərimizdə ruhlandıracaqdır”,- o bildirib.


"DroneX” komandasının da qatıldığı yarış "Pilotsuz Uçuş Aparatları” kategorisyasında olduğuna görə, "Bursa Yunuseli” Hava limanında baş tutub. Rəsmi mükafatlandırılma mərasimi İstanbulda təşkil olunan "Teknofest -2023” Festivalında keçiriləcək.

"DroneX” komandası müfatlandırma mərasimində iştirak etmək üçün artıq İstanbula yola düşüb.

"MÜBARİZ” Silahlı PUA süni intellektin köməyi ilə düşmənin İnsansız Hava Vasitələrini (İHV) aşkar edir, izləyir və məhv edir. Bunun üçün aparatın alt hissəsində 0,68 kalibr sursat məhsulu olan silah yerləşdirilib. Bundan başqa PUA-nın tam avtonom rejimdə süni intellekt ilə işləyən izləmə və hədəfləmə sistemi, bilinən təhdidlərə dərhal müdaxilə, uzaq məsafəli görüntü transferi, kommunikasiya sistemi, gimballı avtomatik atış sistemi və operator tərəfindən idarə olunan çox qatlı atəşləmə tədbiri kimi özünəməxsus xüsusiyyətləri var.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol