Şamaxıda torpaq uçqunu: ölənlər var

Şamaxı rayonu, Əngərxan kəndi (rayon mərkəzindən 6 km aralı) ərazisində uçqun hadisəsi baş verib.ANN.Az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, su kanalizasiya xətti çəkilişi zamanı qazıntı işləri aparılan zaman işçilər 1970-ci il təvəllüdlü Aydın Vaqif oğlu Şirəliyev və 1971-ci il təvəllüdlü Müslüm Abı oğlu Söhbətov torpaq uçqunu altında qalıblar.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müxtəlif alət və avadanlıqlar vasitəsilə cəsədləri torpağın altından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























