Sabirabadda şagirdlərin olduğu avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var

Sabirabadda fənn müsabiqəsindən qayıdan şagirdlərin olduğu avtomobil dəmir maneəyə çırpılıb, xəsarət alanlar var.
Hadisə rayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, Sabirabadın Qalağayın kənd tam orta məktəbində respublika fənn müsabiqəsindən imtahan verib, geri qayıdan şagirdlərin olduğu avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qaratəpə kənd sakinləri - 2010-cu il təvəllüdlü Əzizova Zərifə Elsevər qızı, 2010-cu il təvəllüdlü Cəfərova Günel Ələsgər qızı, 1969-cu il təvəllüdlü, müəllim Mövludov Bəxtiyar Hafiz oğlu və daha 3 məktəbli müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























