• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı alimin ehtimalını amerikalılar sübut etdi

Azərbaycanlı alimin ehtimalını amerikalılar sübut etdi
18.03.2014 09:19
Amerikanın Harvard-Smitson Astrofizika Mərkəzinin alimləri martın 17-də mətbuat konfransı keçirərək elmdə "böyük kəşf" etdiklərini açıqlayıblar. ANS PRESS-in məlumatına görə, astrofiziklər Antarktikadakı BICEP2 rəsədxanasında toplanan göstəricilər ilk dəfə olaraq Böyük Partlayış nəticəsində yaranmış qravitasiya dalğalarının olmasını sübut edən birbaşa və «parlaq» dəlillər ortaya çıxarıb. Alimlər ilk dəfə olaraq 13,8 milyard il qabaq baş vermiş və məkan-zaman mövcudluğuna səbəb olmuş Böyük Partlayışın, yəni dünyanın yaranmasının ilkin qravitasiya dalğasının izlərini aşkarlaya biliblər. “Sky & Telescope” jurnalı yazıb ki, Amerika alimlərinin kəşfi onları Nobel mükafatına birbaşa namizəd edir. Qeyd edək ki, Azərbaycan alimi Elçin Xəlilov Kainatın mərkəzindən, yəni Böyük Partlayışın baş verdiyi nöqtədən yayılan qravitasiya dalğalarının olması barədə hələ xeyli qabaq yazıb. Elçin Xəlilov həm də Azərbaycan alimlərinə məxsus yeganə elmi kəşfin dörd həmmüəllifindən biridir. Digər həmmüəlliflərdən biri də mərhum akademik Şəfayət Mehdiyevdir. Dünya üzrə qeydə alınmış həmin kəşfdə Yerin ölçüsünün periodik olaraq dəyişdiyi, yəni Yerin periodik olaraq sıxıldığı və dartıldığı vurğulanır. Azərbaycan alimləri bunun həm də Yerdəki seysmik aktivlikə uyğun baş verdiyini ortaya çıxarıblar. Sonradan Elçin Xəlilov öz kitabında bunu Kainatın mərkəzindən gələn qravitasiya dalğaları ilə əlaqələndirib. Qravitasiya dalğalarının mövcudluğu dolayı yolla Eynşteynin nisbilik nəzəriyəsi ilə də sübut oluna bilər. Alim ehtimal edirdi ki, kütləsi olan istənilən cisim ətrafındakı fəzanı təhrif edir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol