• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” gənclər üçün yeni iş imkanları yaratmağa davam edir

“Nar” gənclər üçün yeni iş imkanları yaratmağa davam edir
01.05.2023 17:53
"Nar” ADA Universitetində təşkil olunan 11-ci  karyera sərgisində iştirak edib. Artıq ənənə halını almış sərginin əsas məqsədi tələbə və məzunları bir araya toplayaraq onların işəgötürənlərlə peşəkar əlaqələr qurmasına dəstək olmaq, eləcə də işəgötürənlərin bacarıqlı kadr axtarışlarını asanlaşdırmaqdır. 

Karyera sərgisi zamanı ADA-nın 1500-ə yaxın tələbə və məzunu şirkət və qurumların təqdim etdiyi müxtəlif karyera fürsətləri barədə ətraflı məlumat əldə ediblər. "Nar”ın İnsan resursları komandası da öz növbəsində gələcəyin mütəxəssislərinə peşələrinin iş mühitindəki real tələbləri barədə məlumat verib.

Həmçinin şirkətin əməkdaşları gələcəkdə karyerasını telekommunikasiya sahəsində davam etdirmək istəyən gənclərə cari vakansiyalar barədə məlumat verərək dəstək olublar. Eyni zamanda mobil operatorun təcrübə və təqaüd proqramından yararlanmaq istəyən tələbələrin sualları cavablandırılıb.

Təhsilin inkişafına dəstək  "Nar” sosial fəaliyyətinin əsas istiqamətlərindəndir. Mobil operatorun bu sahədə gördüyü genişmiqyaslı layihələri ilə buradan tanış ola bilərsiniz.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol