Su quyularımızın bərpası üçün bizdən pul tələb edirlər - ŞİKAYƏT/AÇIQLAMA

Göygölün Quşqara kəndinə martdan bəri su verilmir. Bu barədə sakinlər anews.az-a açıqlamasında kənd sakinləri məlumat verib.
Kənd sakini Ramal Nəzərov bildirir ki, dəfələrlə su idarəsinə müraciət etmələrinə baxmayaraq heç bir tədbir görülməyib.
"Martdan bəri su üzünə həsrət qalmışıq. Kəndin bizim yaşadığımız hissəsi yeni salınıb. Ona görə buranın su tədarükü artezian quyuları vasitəsilə aparılır. Neçə vaxtdır ki, subartezian quyularının turbaları partlayıb. Su idarəsinə dəfələrlə bununla bağlı müraciət etmişik. Bizə deyiblər ki, yeni turba alınması üçün 2000 manat pul gətirin. Su idarəsi artezianın camaata verilməsini təmin etmək üçün bir nəfər məsul şəxs təyin edib. Həmin şəxs kənd sakinlərindən hər ay 3 manat su pulu yığır. O adama artezianın açarı verilir ki, kənd camaatına su verilməsi üçün suya nəzarət etsin. Buna görə, ayda ona maaş verilir, üstəlik nasazlığı, başqa xərcləri olanda da su idarəsi o xərcləri həmin adama ödəyir. Amma buna baxmayaraq, hər hansı bir problem yarananda bu şəxs insanlardan pul yığır”, - kənd sakini bildirib.
Məsələ ilə əlaqədar "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti (ASC)-nin nümayəndəsi Dilqəm Şərifov anews.az-a bildirildi ki, deyilənlər həqiqətə uyğun deyil.
"Əhalidən pul yığılması məsələsi tamamilə yalandır. Şər atırlar sadəcə. Subartezian quyusunun nasosu yığılıb hazırdır. Borunun alınması üçün sifariş verilib. Gələn kimi bu məsələ aradan qaldırılacaq", - qurum rəsmisi əlavə edib.
Eltac Nurullazadə
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























