"Azərbaycan Dəmir Yolları" sərnişindaşımanı artırıb

Bu ilin I rübündə "Azərbaycan Dəmir Yolları" QSC 1,51 milyon nəfər sərnişin daşıyıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60 % çoxdur. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Rüblük sərnişin daşımalarının 1,46 milyon nəfəri Bakı-Sumqayıt, 0,05 milyon nəfəri isə Bakı-Ağstafa və Bakı-Qəbələ qatarlarının payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən 55 % və 20 dəfə çoxdur.
2023-cü ilin I rübündə "Azərbaycan Dəmir Yolları” QSC 4 milyon 457 min ton yük daşıyıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.
Rüblük daşımaların 2 milyon 36 min tonu beynəlxalq, 1 milyon 651 min tonu tranzit, 771 min tonu isə daxili daşımaların payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 33,9 % çox, 15,9 % çox və 10,8 % azdır.
2022-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC (AYD) 5 milyon 136 min sərnişin daşıyıb. Bu, 2021-ci illə müqayisədə 84 faiz çoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























