İTV Yayım Şurasına yeni üzvlər seçiliblər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Həsən Cəfərov, Azər Həsrət (Mətbuat Şurası İdarə Heyətinin üzvü) və Teymur Kərimli (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.
Bu, Parlamentin aprelin 2-də keçirilən səsvermə nəticəsində baş tutub.
Layihəyə əsasən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Həsən Cəfərov (AHİK-in katibi) və Əzim Talıbov (AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin katib), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Teymur Kərimli (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru) və Sərxan Xavəri (AMEA Rəyasət Heyətinin elmi katibi), Mətbuat Şurası Azər Həsrət (Mətbuat Şurası İdarə Heyətinin üzvü) və Aqil Ələsgərin (Mətbuat Şurası İdarə Heyətinin üzvü) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyini irəli sürüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























