Bakıda velosiped oğrusu tutulub

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son 1 ayda metronun "Gənclik” və "Nəriman Nərimanov” stansiyalarının ətrafında ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 9 ədəd velosipedi oğurlayan, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Babək Abdullazadə tutulub.
DİN-in Mətbuat xidmətindən verilən məlumata əsasən, araşdırma zamanı müəyyən edilib ki, Babək Abdullazadə üzərində gəzdirdiyi kəsici alətlə velosipedlərin bağlanma vasitələrini kəsərək onları ələ keçirib və pul müqabilində müxtəlif şəxslərə satıb. O, oğurluq nəticəsində əldə etdiyi maddi vəsaitləri isə şəxsi ehtiyaclarına ödəyib. Babək Abdullazadədən maddi sübut qismində oğurladığı velosipedlərin bir qismi aşkar olunaraq götürülüb.
Onun oğurluq etməsi inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Babək Abdullazadə barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























