Azərbaycanda olan HDP-çilər nəzarətdə saxlanılsın - Deputat/VİDEO

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Azərbaycanda yaşayan və Türkiyə prezident seçkilərində HDP partiyasının namizədinə səs verənləri nəzarətə götürülməsini üçün hüquq mühafizə orqanlarına müraciət edib. Bu barədə deputat Parlamentin aprelin 2-də keçirilən plenar iclsasında deyib.
Xalqların Demokratik Partiyası 15 oktyabr 2012-ci ildən Türkiyədə fəaliyyətə başlayan siyasi partiyadır. Onun rəsmi abbreviaturası "HDP”dir. Partiya sədri Selahattin Demirtaş bir neçə il öncə PKK-nı terror təşkilatı kimi tanımadığı üçün "Terror təşkilatı təbliğatı aparmaq" ittihamı ilə həbs edilib.
Türkiyədə seçkilər mayın 14-də baş tutacaq. 2018-ci il seçkilərində Ərdoğan 52,6% səs toplayaraq prezident vəzifəsini icra edir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























