• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda İrandan Türkiyəyə döyüş sursatlarının keçirilməsinin qarşısı alındı

Naxçıvanda İrandan Türkiyəyə döyüş sursatlarının keçirilməsinin qarşısı alındı
02.05.2023 18:18
Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı” gömrük postunun əməkdaşları döyüş sursatı hesab edilən patronların Azərbaycan gömrük sərhədində bəyan edilmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Qafqazinfo”ya bildirilib. Məlumata görə, "Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin kabinində gizlədilmiş 1 ədəd plastik qablaşmanın içərisində 45 ədəd patron aşkarlanıb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən patronlar yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9x17 mm kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər və istifadəyə (atəşə) yararlıdırlar.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol