İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi ilə əməkdaşlıq genişləndiriləcək (FOTO)

DOST Agentliyində ölkəmizdə səfərdə olan İslam Əmək Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru xanım Zehra Zümrüd Selçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə tanış olublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlar və əldə olunmuş nailiyyətlər, DOST konsepsiyası, sosial sahədə innovativ həllərin geniş tətbiqi işləri barədə məlumat verib.
Zehra Zümrüd Selçuk ölkəmizdə sosial sahələrdə aparılan islahatlarla, habelə DOST modeli ilə bağlı müsbət fikirlərini ifadə edib.
O, rəhbəri olduğu qurumun fəaliyyət sahələri, icra etdiyi proqramlar barədə məlumat verib, SESRIC-in İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzi ilə fəal əməkdaşlıq edəcəyini bildirib.
Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətindən bəhs olunub. Milli Observatoriya ilə SESRIC arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























