Zamin Salayevin işi üzrə hazırlıq iclası keçirilib- Vəkil danışdı

Çərşənbə axşamı Bakının Qaradağ
Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə Xalq Cəbhəsi
Partiyasının Salyan təşkilatının sədri Zamin Salayevin işi üzrə hazırlıq
iclası keçirilib.
Bildirilir ki, məhkəmənin mahiyyəti üzrə dinləmələri mayın 11-nə təyin edib.
Salayevin vəkili Nemət Kərimli anews.az-a bildirib ki, Zamin artıq 85 gündür ki, aclıq aksiyası keçirir.
"Zamin Salayev məhkəməyə bildirib ki, ona qarşı açılan cinayət
işi siyasi sifarişdir və o buna görə artıq 85 gündür aclıq edir. Hakim istintaq müddəti yekunlaşdıqdan sonra həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatəti qəbul etməmişdi. Biz buna etiraz etdik. Təbii ki, təmin edilmədi. Həbsin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət verildi. Həmin vəsatət də təmin olunmadı. Hal-hazırda da Zaminin səhhəti çox pisdir.
O, həddindən artıq arıqlayıb. Hətta hərəkət etmək də belə çətinlik çəkir. Amma
buna baxmayaraq o mübarizəsini davam etdirmək fikrindədir”, - vəkil
bildirib.
Daha əvvəl Zamin Salayev 2020-ci il aprelin 20-də CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.
Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edib.
Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan edib.
Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb edib.
Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib