“Trendyol”Azərbaycan istifadəçiləri üçün yenilik edib

Bu gündən etibarən Türkiyənin alış-veriş saytı olan "Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir.
Təklifdə ""Trendyol” siparişlerini artık Azerbaycan adresinde teslim alabilirsin” seçimi yer alıb.
Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Eyni zamanda, sifarişçi adres olaraq karqo şirkətinin deyil, öz ev ünvanını qeyd edərək, məhsulu birbaşa təhvil ala bilər.
Indiyədək "Trendyol”un Azərbaycana birbaşa çatdırılma xidməti yox idi.
Bununla belə vətəndaşlar əvvəlki qaydada sifarişlərini Azərbaycanla yanaşı, digər ölkələrdən də "təslim al" bölməsini seçə bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























