• $
  • €
  • ₽
  • ₺
  • £

"Azəriqaz” işçilərini əsassız işdən çıxarıb - ŞİKAYƏTÇİLƏR

"Azəriqaz” işçilərini əsassız işdən çıxarıb - ŞİKAYƏTÇİLƏR
08.05.2023 14:38
Ağdaş rayon sakinləri "Azəriqaz” İstehsalat Birliyini  onları qanunsuz işdən çıxarılmada ittiham edir.  Bu barədə onlar  anews.az-a özləri məlumat verib. 
 
Ağdaş rayonunun Şordəhnə kənd sakini  Qaim Sadıqov bildirir ki, o iş vaxtından kənar verilən tapşırığı yerinə yetirmədiyindən işdən uzaqlaşdırılıb.
 
"Yaşadığımız kənd ərazisində asfaltkənarı 1200 metr olan yüz səkkiz millimetr diametri olan qaz xəttini dəyişdilər. Axşam saat 6 olandan sonra yerdə qalan boruları doğrayıb aparırdılar. Qəzanın rəisləri Aqil İsmailov, Mikayıl Şirinov və Yaşar adlı bir şəxs mənə zəng vurub dedilər ki, axşam saat 6-dan sonra biz ora maşın göndəcəyik. Həmin vaxtda sən də həmin əraziyə gəl və orada olan doğranmış boruları  maşına yığ aparıb satacayıq. Məndə dedim ki, mənim iş vaxtım bitib və mən getmirəm. Saat 6-dan sonra mənim iş vaxtım deyil. Həmçinin dedim ki, mən elə qara işlərdən qorxuram. Özünüz nə edirsiz edin. Mənə bir kəlmə dedilər ki, "sən də keçdin qarmağa, biz bilərik sənə nə edərik”. Aradan bir ay keçdikdən sonra mənim haqqımda yalan təqdimat yazdılar və "Dost Mərkəzi”nin əli ilə məni işdən çıxartdılar. Səbəbi  bu oldu ki, mən onların dediyini eləmədim”, - sakin bildirib.
 
"Azəriqazın" sabiq əməkdaşı olmuş kənd sakini Asim Mikayılovun sözlərinə görə, onları abonentlərlə "Azəriqaz" arasında bağlanan alqı-satqı müqavilələrinə sakinlər adından qol çəkdirməyə məcbur edirdilər.
 
 "Bizə  alqı-satqı müqavilələrinə sakinlərin yerinə qol çəkiməyi təklif edirdilər.  Biz də buna razı olmayaraq bildirdik ki, biz bu cinayətə gedə bilmərik.  Bizə dedilər ki, "sizin başınıza oyun açacayıq, sizi işdən çıxartdıracağıq”. Dedikləri kimi də etdilər. Qısa müddət içində bizi haqsız yerə işdən çıxartdılar”, - Mikayılov qeyd edib. 
 
"Azəriqaz"ın işdən azad edilən digər əməkdaşı  Elvin Vəliyəddinov isə şərə salındığını iddia edir. 
 
"Heç bir əsası olmadan, xəbərdarlıq edilmədən işimə xitam verdilər. Mənə qarşı iddia qaldırdılar ki, mən sayğacdan kənar qaz xətti istifadə edirəm. Mənim evim, yaşayış yerim, qeydiyyatım olmaya-olmaya mənə şər ataraq, məni işdən uzaqlaşdırdılar”, - sakin bildirib.
 
Kənd sakini  Vüqar Mikayılov da  heç bir qanuni əsası olmadan  işdən çıxarıldığnı bildirib. 
 
 "Biz bu işə DOST MMC xətti ilə qəbul edilmişik.  Məni Yuxarıqəsr kəndinə qaza nəzarətçi kimi göndərdilər. 

Biz burada terminal vururduq. Bir gün mənə dedilər ki,  regionun satış şöbəsinin sədri Aqil İsmayılov vətəndaşların şəxsiyyət vəsiqəsini telefona çəkib bunları satış şöbəsinin Təbriz müəllim adlı rəisinə verməyi tapşırıb.  Bu şəkilləri onun whatsappına at. Mən də bu şəkilləri çəkib verdim. Mənə təklif olundu ki, bu vətəndaşların yerinə sənədə qol çək. Mən bildirdim ki,  vətəndaşın yerinə qol çəkə bilmərəm. Aqil İsmayılov mənə bildirdi ki, sən bu oyuna getmirsənsə, mən səni işdən çıxartdıracam. Siz nəyə əsasən məni işdən çıxardırsınız sualıma cavabında o, cavab verdi ki, "biz özümüz onu bilərik necə edərik. Bundan 4-5 gün sonra bacımın həyətinə gələrək, bacıma məxsus qaz sayğacını "istismar müddəti bitib” deyib açdılar. Bacımında 630 manat qaz pulu borcu var idi. Məni yenidən çağırıb dedilər ki, sizin bacınıza sayğaca müdaxilə edtiyinə görə qazpulu borcu gəlib. Sayğaca müdaxilənin səbəbini soruşanda mənə söylədilər ki,  sayğaca  mənşəyi bilinməyən plomb vurulub.  Bundan sonra "DOST” MMC-yə getdim. "DOST MMC” bildirdi ki, müqavilə vaxtınız bitdiyi üçün sizin işinizə xitam verilib. Amma Ağdaşda olan sənəddə tamamilə başqa şey yazılıb. Həmin sənədə görə, "bacımın sayğacına mudaxilə səbəbindən  mənimlə  müqavilə imzalanmayıb. Yəni bacımın adına olan borcu mənim adıma rəsmiləşdiriblər”, - kənd sakini deyib.
 
Məsələ ilə bağlı "Azəriqa" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev anews.az-a bildirdi ki, tezliklə bu məsələ haqqında araşdırma aparılıb ətraflı məlumat veriləcək.
 
 
Eltac Nurullazadə
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol