Hacı Şahinin yerinə onun təyin olunması doğru qərar deyil- DEPUTAT

Əli Şərbətovun Məşədi Dadaş məscidinə imam təyin edilməsi doğru qərar deyil. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.
Ceyhun Məmmədov yeni imam Əli Şərbətovu yaxşı tanıdığını, lakin onun təyinatının məqsədəuyğun olmadığını deyib.
"Mən yeni təyin olunan şəxsi, yəni Əli Şərbətovu yaxından tanıyıram və onun fəaliyyəti ilə şəxsən tanışam. O, yaxşı ilahiyyatçı və din xadimidir. Amma fikrimcə, həmin məscidə daha fəal, dini cəmiyyətdə daha çox tanınmış və insanlarla kommunikasiya fəaliyyəti güclü olan şəxsin təyin olunması məqsədəuyğun olardı. Hesab edirəm ki, Əli Şərbətovun oraya təyin olunması doğru qərar deyil. Məşədi Dadaş məscidi bizim ən önəmli, insanların ən çox toplaşdığı məscidlərimizdən biridir”.
Mərhum ilahiyyatçı Hacı Şahinin tərəfdarlarının Məşədi Dadaş məscidini tərk etməsi barədə xəbərlərə münasibət bildirən deputat vurğulayıb ki, insanların məscidlərdən uzaqlaşması onların nəzarətsiz qalmasına səbəb ola bilər:
Mən düşünürəm ki, insanların daha çox məscidlərə gəlməsinə çalışmalıyıq. Biz çalışmalıyıq ki, insanları məscidlərə qaytaraq və onlar məscidlərdə fəaliyyət göstərsinlər. Düşünürəm ki, bu məsələdə daha diqqətli olmağa etiyac var. Bu kimi məsələlərdə daha həssas və diqqətli olmalıyıq ki, insanlar fəaliyyətlərini kənar yerlərdə yox, məscidlərdə davam etdirsinlər. Onların fəaliyyəti dövlət qurumlarının nəzarəti altında olsun”.
Mayın 2-də Məşədi Dadaş məscidinə yeni imam təyin edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmrinə əsasən, adıçəkilən məscidə Əli Şərbətov imam gətirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























