• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha 20 dövlət əmlakı hərracda özəlləşdirilib

Azərbaycanda daha 20 dövlət əmlakı hərracda özəlləşdirilib
03.05.2023 15:33
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 2 səhmdar cəmiyyətin səhm paketləri, 1 obyekt və 17 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə  Dövlət Xidmətinə istinadən xəbər verir.

Hərracda avtomobilin birinə ilkin start qiymətindən 3 dəfə çox məbləğ təklif edilib. Belə ki, start qiyməti 11 000 manat olan "Mercedes Benz Sprinter” markalı avtomobilə ən son təklif 36 000 manat olub.

Hərracda özəlləşdirilən səhmdar cəmiyyətlərinin səhm paketləri "Cəlilabad Məişət” ASC-yə və "Xudat Kəndnəqliyyat" ASC-yə məxsusdur.

Özəlləşdirilən obyekt isə Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən mağazadır. Əmlakın ümumi faydalı sahəsi 108 kvadratmetr, torpaq sahəsi isə 300 kvadratmetrdir. Bu əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

"Satılan əmlaklar üzrə dövlət büdcəsinə 231 156 manat vəsaitin ödənilməsi nəzərdə tutulur", - məlumatda deyilir.

Bildirilir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və onlayn şəkildə hərraclara qatılmaq imkanı alıcıların marağını artırır. Bütün bunlar isə hərracı daha da rəqabətli edir.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 16 və 23 may tarixlərində keçiriləcək və satışa 57 əmlak çıxarılacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol