"Dünya Mətbuat Azadlığı" günü - Azərbaycan mətbuatı azaddırmı? - Jurnalistlər danışır

3 May dünyada mətbuat azadlığı günü kimi qeyd olunur. 1993-cü ildə BMT-nin Baş Assambleyası 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü (World Press Freedom Day) elan edib. Bu qərar olan YUNESKO-nun Baş Konfransının işinin nəticəsi olub. Belə ki, 1991-ci ildə qəbul edilmiş "Dünyada mətbuat azadlığının təmin edilməsinə yardım haqqında" qətnamədə Baş Konfrans azad, plüralist və müstəqil mətbuatın istənilən demokratik cəmiyyətin mühüm komponenti olduğunu tanıyıb.
BMT-nin baş katibi Antonio Quterreş bugünlə bağlı bildirib ki, hazırda bütün dünyada mətbuat azadlığı hücuma məruz qalır.
"2022-ci ildə ən azı 67 media işçisi öldürülüb ki, bu da 2021-ci ildəkindən 50 faiz çoxdur", - baş katib bildirib.
Mətbuat Şurası da bu günlə bağlı bəyanat yayaraq dövlət qurumlarının təmsilçilərini, ayrı- ayrı məmurları, ictimai şəxsləri və vəzifə sahiblərini medianın məlumatlandırma missiyasına hörmətlə yanaşmağa, jurnalistlərin cəmiyyəti obyektiv və operativ informasiyalarla təminatı ilə bağlı məsuliyyətini nəzərə almağa çağırıb.
Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov Mətbuat Şurasında keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, jurnalistlər müstəqillik, öz mənafelərini təmsil edən təşkilatlarda birləşmək, peşə borclarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarına malikdirlər.
"Bu "Media haqqında" qanunun 6-cı maddəsində də qeyd olunub. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir. Qanun jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsinə, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən yüksək səviyyədə müdafiə edilməsinə və ifadə azadlığının möhkəmləndirilməsinə yönəlmiş təminat mexanizmlərinin daha da gücləndirilməsi üçün hüquqi əsas formalaşdırır", - İsmayılov qeyd edib.

Bəs Azərbaycanda mətbuat nə qədər azaddır? Jurnalistlər 10 ballıq şkala ilə bu azadlığı necə qiymətləndirir?
Turan İnformasiya Agentliyinin rəhbəri jurnalist Mehman Əliyev deyir ki, Azərbaycanın mətbuatı iqtisadi asılılıq ucbatından azadlığını itirib.
"Azərbaycan mətbuatını 2-3 balla qiymətləndirirəm. Azərbaycanın mətbuatı iqtisadi asılılıq ucbatından azadlığını itirib. Siyasi sistemdə mətbuata baxışlar dəyişməlidir. Söz azadlığına sərbəstlik verməliyik. İndiki halda heçnə dəyişməyəcək. "Media haqqında" qanunu nə qədər tənqid etsək də, nəsə dəyişmədi. Qonşu ölkələrdən Gürcüstan, Ermənsitan bizdən daha azaddır. Orada media birbaşa hakimiyyətin əlində deyil. Media nə müxalif, nə iqtidar olmalı deyil. Tam müstəqil olmalıdır", - Əliyev əlavə edib.

Millət vəkili Zahid Oruc hesab edir ki, Azərbaycanda 2019-cu ildən sonra mətbuatla bağlı olan qurumlarda istahatlardan sonra yaxşı nəticələrə doğru irəliləyişlər var.
"Hazırda yaxşıya doğru proseslər gedir. Fərqindəyik ki, xarici təşkilatlar Azərbaycanın mətbuat azadlığını bədgüman, aşağılayıcı kimi qiymətləndirir və buna uyğun hesabatlar yayır. Amma bu belədir anlamına gəlmir. 10 ballıq sistemlə 7-8 bal qiymət vermək olar. Əlavə 3 balın verilməsi üçün bir sıra vacib işlərin görülməsi qalır", - Zahid Oruc söyləyib.
"Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlıın fikrincə, Azərbaycanda mətbuat azadlığı yaxşı durumda deyil.

"Burada iqtisadi göstəricilər çox vacibdir. Dünya standartlarına görə ölkənin 1-2 faizi reklama xərclənməlidir. Bizdə isə bunun heç 0.02 faizi yoxdur. Preizdentin keçmiş köməkçisi Əli Həsənovdan pis bir ənənə qalıb və bu pisliyin öhdəsindən hələ də gələ bilmirik. 10 bal civarında isə hazırkı mətbuatı 3-3.5 balla qiymətləndirirəm", - Elçin Şıxlı vurğulayıb.
"Qaynarinfo" saytının baş redaktoru Zahir Əzəmətin sözlərinə görə, digər sahələrdə inkişaf necədirsə mətbuatda da inkişaf o qədərdir.
"Qaynarinfo" saytının baş redaktoru Zahir Əzəmətin sözlərinə görə, digər sahələrdə inkişaf necədirsə mətbuatda da inkişaf o qədərdir.
"Hazırda mətbuatın azadlığı üçün 6 bal
verərdim. Ölkədə bir çox məsələlərdə inkişaf hansı həddədirsə, mətbuat da o səviyyədədir.
Problemlər var. Bir sıra problemlər həllini gözləyir. Ümid edirik bir müddət
sonra həll olacaq. Mətbuatda informasiyanın mənbəyinə çıxmaq problemimiz var", - Əzəmət deyib.
Media eksperti Seymur Kazımov deyir ki, Azərbaycanda mətbuat azad deyil, amma azad jurnalistlər var.
"Ümumi baxılsa, Azərbaycanda media azad deyil, amma azsaylı jurnalistlər var ki, onlar hansısa qurum və təşkilatdan asılı deyillər. Yəni, məsələyə fərdi qayda da baxılsa, azad olmayan mətbuatımızda azad jurnalistlərə rast gəlmək mümkündür. Medianın cari durumuna aşağı qiymət verərdim, çünki bunu şərtləndirən xeyli məqam və arqument var. Bunlar barədə dəfələrlə danışılıb və yazılıb. Ümid bayaq haqqında danışdığım bir qrup azad jurnalistədir və düşünürəm ki, onlar bu imici saxlamağa müvəffəq olacaqlar”,- Kazımov bildirib.

Zamanında mətbuatda bir çox yazıları çıxmış deputat Etibar Əliyev də Azərbaycan mətbuatını azad adlandırır.
"Biz də mətbuat
azadlığı var. Mən uzun illər mətbuatda yazılarımı vermişəm. Olmaması
deyilən söhbət yoxdur. İstənilən mövzuda tənqid edə bilirik. "Media haqqında" qanun qəbul olunub. Jurnalistlərin reysteri məsələsi var. Hesab edirəm ki, mətbuat azadlığı üçün hər hansı bir əngəl yoxdur", - deputat bildirib.
Globalinfo.az saytının baş redaktoru Azər Ayxan da hesab edir ki, insan nə qədər azaddırsa peşəsi də o qədər azaddır.
"Bütün dünyada mətbuat azadlığı həmişə mübahisə doğuran mövzu olub. İnkişaf etmiş ölkələrdə də belə narazılıq tapmaq olar. Azadlıq fərdi yanaşma tələb edir. İnsan özü nə qədər azaddırsa işlədiyi peşə də azaddır. Azərbaycan mətbuatında bir sıra problemlər var. Yeni bir mərhələyə qədəm qoymuşuq. Sosial şəbəkələrin mətbuatla rəqabət şəraitində ortaya çıxan dönəmdir. Bu dönəmdə azadlığımızı qorumağa çalışırıq", - Azər Ayxan vurğulayıb.

İspanın EFE agentliyinin Azərbaycan müxbiri, həm də Turan İnformasiya agentliyinin əməkdaşı Fərid Qəhrəmanov deyir ki, Azərbaycanda azadlığının çərçivəsi xeyli məhduddur.
Jurnalistlər informasiyaya catım məsələrındə xeyli problemlərlə rastlaşır, dövlət orqanları sorğulanan məlumatları heç də tam cavablandırımır. Bir çox hallarda cavab almaq olmur. Bəzən iqtidara yaxın mətbuata məlumatla daha tez verilir. Bir çox dövlət orqanları müstəqil media mənsublarını tədbirlərinə dəvər etmir. Mətbuatın iqtisadi bazası zəifdir. Reklamların bölüşdürülməsində yenə hakimiyyətə yaxın media subyektlərinə üstünlük verilir. Bəzi jurnalistlər hazirladiqları reportajlara, araşdırmalara görə təqiblərlə rastlaşırlar. Demokratik ölkələrdə media subyektləri üçün bərabər imkanlar yaradılır, onlar redaksiya siyasətində asılı olmayaraq istədikləri informasiyanı rahat ala bilirlər, dövlət və hökümət başçılarının və mətbuat üzrə rəsmilərin brifinqlərində iştirak edə bilirlər", - Qəhrəmanov deyib.
Bəs Azərbaycanın gənc jurnalistləri mətbuatı azad görürürmü?
Cebheinfo saytının müxbiri Vilayət Muxtar deyir ki, ciddi mətbuatda hər şeyi yazmaq olmur.
"Birincisi, dəqiqləşmiş məlumat olmalıdır, ikincisi isə hazırladığın materialda informasiya yükü olmalıdır. Burada isə qurumların üzərinə yük düşür. Bir sıra qurumlar baş verən hadisələri gizlətmək üçün canfəşanlıq edir. Mətbuatın suallarını cavabsız qoyur. Məsələn, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsini buna misal göstərmək olar. Bu qurumlar konkret olaraq mətbuatı saymırlar. Qurumlar mətbuata açıq olmalıdır, istənilən hadisə, yaxşı və ya pis olmasından asılı olmayaraq yayılmalıdır. Azad mətbuat deyəndə mənə görə bunlar nəzərə alınmalıdır.
Yoxsa kimisə söymək, təhqir etmək azad mətbuat demək deyil. Elə mətbuatın bugünkü durumu da məhz zamanında bu üsulu "azad mətbuat” hesab edənlərin "səyi” nəticəsində yaranıb. Kim söyüş söymürsə onu jurnalist hesab etmirlər.
Qiymətləndirməyə gəlincə isə Azərbaycanda mətbuat azadlığını 10 üzərindən 6 kimi qiymətləndirirəm. Yerdə qalanlar 4 pillə isə qurumların və bəzi reket jurnalistlərin payına düşür", - jurnalist bildirib.
APA agentliyinin müxbiri Aləmdə Nəsibin sözlərinə görə hər bir jurnalist hansısa media qurumu ilə əməkdaşlıq edərkən, istəsə də, istəməsə də azadlığını həmin media qurumun azadlığı çərçivəsində məhdudlaşdırmalı olur.
"Bu baxımdan tam azadlıqdan danışmağın utopik olduğunu düşünürəm. Bizim sahə sərbəstlik və yaradıcılıq tələb edir. İndiki halda nəyisə yazmağa və yazmamağa məcbur edilməməyi, eyni zamanda toxunduğun mövzulara jurnalistika prinsipləri çərçivəsində istədiyin kimi yanaşmağına redaksiyanın imkan yaratmasını müstəqillik hesab etmək olar. Düşünürəm, bu məqamda ciddi qadağalar, məhrumiyyətlərlə işləməyə məhkum edilmiş həmkarlarımız nə demək istədiyimi yaxşı anlayarlar. 10 ballıq sistemlə qiymətləndirməyə qaldıqda isə fəaliyyətlərini izlədiyim bir çox media qurumlarının ümumi mənzərəsinə baxdıqda ən yaxşı halda ortalama olaraq 5 bal vermək olar", - jurnalist bildirib.
News24.az saytının əməkdaşı Məhərrəm Əliyev də mətbuatı 10 ballıq sistem üzərində 2 balla qiymətləndirib.
"Mən bir junalist kimi istədiyim mövzunu rahat işləyə bilirəmsə, problemlə qarşılaşmıramsa, deməli, media azaddır. Amma təəssüf ki, istədiyim mövzunu rahat işləyə bilmirəm. Hər bir halda ideologiya qurbanı da deyiləm. Daim obyektiv olmağa çalışıram. Medianın azadlığı barədə hər zaman düşündüyüm bir fikir var: "media xalqın güzgüsüdür. Xalq nədirsə, media da onu göstərir”. Medianın azadlığı birbaşa xalqdan asılıdır. Azərbaycan mediasının azadlığına 10 bal üzərindən 2 bal verirəm", - Əliyev söyləyib.
Azərbaycanda "Media haqqında" qanun 30 dekabr 2021-ci ildə qəbul olunub. Qanun 9 fəsil 78 maddədən ibarətdir. Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər öz əksini tapıb.
Qanun qəbul edilməzdən əvvəl layihəyə etiraz olaraq bir qism jurnalist Milli Məclisin qarşısında "İcazəli jurnalistika istəmirik" şüarı ilə aksiya keçirib.
Qanun qəbul edilməzdən əvvəl layihəyə etiraz olaraq bir qism jurnalist Milli Məclisin qarşısında "İcazəli jurnalistika istəmirik" şüarı ilə aksiya keçirib.
Sərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders -RWB) 2023-cü il üçün "Dünya Mətbuat Azadlığı İndeksi" ("World Press Freedom Index-2023") adlı yeni hesabatına görə Azərbaycan 2022-ci il 180 ölkə arasında 154-cü yerdən 151-ci yerə yüksəlib.
Hesabata görə, dünyada mətbuat azadlığı ilə bağlı vəziyyət 31 ölkədə "son dərəcə pis”, 42 ölkədə "çətin”, 55 ölkədə "problemli”, 52 ölkədə "yaxşı” və ya "olduqca yaxşı”dır.
UNESCO-nun 2022-ci il hesabatına görə, dünyada 86 jurnalist öldürülüb. Latın Amerikası və Karib hövzəsi jurnalistlər üçün ən təhlükəli region olub. Burada 44 qətl olub, bu da dünyada baş verən qətllərin yarısından çoxunu təşkil edir. Asiya-Sakit Okean regionunda 16, Şərqi Avropada isə 11 jurnalist öldürülüb.
UNESCO-nun məlumatına görə, jurnalistlər əsasən xidməti vəzifələrini yetirmədikləri zaman öldürülüb: onlar yolda, evdə, dayanacaqda və ya digər ictimai yerlərdə olublar.
UNESCO-nun məlumatına görə, jurnalistlər əsasən xidməti vəzifələrini yetirmədikləri zaman öldürülüb: onlar yolda, evdə, dayanacaqda və ya digər ictimai yerlərdə olublar.
Məlumatda qeyd olunub ki, son beş ildə irəliləyiş əldə olunsa da, jurnalistlərin öldürülməsinə görə cəzasızlıq səviyyəsi xüsusilə yüksək olaraq qalır (86 faiz), bu da media işçilərinin işinə mane olur, fikir və söz azadlığını təhlükə altına alır.
Hazırda UNESCO informasiya savadlılığı sahəsində təhsil siyasətini inkişaf etdirmək üçün təxminən
20 ölkəyə dəstək verir.
İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib