Premyer Liqa klubu yeni baş məşqçisini açıqlayıb

İngiltərə Premyer Liqasında çıxış edən "Lids”in yeni baş məşqçisi bəlli olub.
Klubun rəsmi saytı xəbər verir ki, Sem Ellardays bu posta təyin edilib.
Müqaviləyə əsasən, o, mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək. 12 oyunluq fəaliyyətdən sonra komandanı tərk edən ispaniyalı Xavi Qrasiyanı əvəzləyən Ellardaysın debütü mayın 6-na təsadüf edəcək. "Lids” həmin gün Premyer Liqanın XXXV turunda "Mançester Siti”nin qonağı olacaq.
"Lids” hazırda 30 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























