"Neftdən sonra" faciə gözlənilmir - KÖŞƏ

Cümə günü parlament iclasında (Milli Məclis) deputat Sahib Alıyev xalqda gülüş doğurmuş açıqlaması ilə yenidən gündəmə gəldi. Sahib Alıyevi hiddətləndirən odur ki, kabab həvəskarı və hazırlanmasının ustası olan azərbaycanlılar qoyun ətini türk şapmurlarına (azərbaycanca - şiş) keçirmək məcburiyyətindədirlər. Sosial şəbəkələrdə Sahib Alıyevun kabablara olan deputatyana sevgisini lağ hədəfinə çevirən gülməli kollajları üzə çıxdı. Onun bədən quruluşuna nəzər yetirsək görərik ki, deputat yaxşı qızardılmış ətdən heç vaxt imtina etməz.Amma onun çıxışının ideyası düzgün idi. Bəlkə, başqa bir nümunə gətirmək lazım idi, amma Sahib Alıyev onu demək istəyirdi ki, ölkəmizdə istehsal edilməsi mümkün olan şampur kimi sadə məhsulları idxal etmək lazım deyil. Axı bütün idxal olunan məhsullar həmişə yerli məhsullardan baha olur.O, haqlıdır. Hətta küçə skamyaları, küçə fənərləri, işıqforlar, kanalizasiya lyuklarının qapaqları, ümumiyyətlə, çox sadə və istehsal olunması üçün müasir texnologiyalar tələb etməyən məhsullar xaricdən alınır. Hər il Bakı hakimiyyəti Gül Bayramı keçirmək üçün Avropadan rəngbərəng güllər gətizdirir. 10 may 2013-cü ildə bu məqsədlə 30 milyon manat vəsait xərclənmişdir (1 manat təxminən 1 avroya bərabərdir).Əgər sovet illərində Abşeron çiçəkçiləri bütün SSRİ-ni öz qərənfilləri ilə doldurmuşdusa, onda nədən indi güllər xaricdən gətirməliyik? Elə bu pulları bizim çiçəkçilərə verin ki, onlar da bütün Avropanı güllə təmin etsinlər də!Sahib Alıyevin sözünün qayəsi budur.O, əlbəttə, demədi ki, dövlət pulu ilə xaricdən mal almaq məmurlara sərfəlidir, çünki "hörmət" və korrupsiya pulunun başqa formaları onların cibinə axır, xalqın yox.Biznesmen Anar Oğuztayfa mənə dedi ki, dünya bazarına hər şey (köynəkdən tutmuş döyüş aviasiyasına qədər) çıxaran Türkiyədə dövlət ixracatçıya hər min dollarlar çıxardılmış məhsul üçün vəsait ödəyir. Bu pulları biznesmenlər özlərinə xərcləyirlər və əlbəttə, öz məhsullarının daha da keyfiyyətli olmasına və ya qiymətinin ucuzlaşmasına sərf edirlər. Azərbaycanda isə dövlət ixracatçılara vergi qoyur. Onlar da ziyana işləyəsi deyillər ki.İxracatçıların xərclərinə kölgə iqtisadiyyatının yükünü də əlavə edin. 2013-cü il dövlət büdcəsinin icrasına dair hökümətin hesabatının dinlənildiyi elə həminki Milli Məclisdə deputat İlyas İsmayılov hakimiyyəti kölgə iqtisadiyyatının inkişaf etdirilməsində ittiham etdi. Rəsmi şəxslərin etiraflarına görə, Azərbaycanda kölgə iqtisadiyyatının ÜDM-də payı 10%-dir, amma müstəqil iqtisadçıların məlumatlara görə, real iqtisadiyyatın 30-50%-i dövlət hesabından kənardır.İ.İsmayılov parlamentin spikeri Oqtay Əsədovla dartışmadan sonra iclası əsəbi halda tərk etdi. Spiker İlyas İsmayılovdan əsəbi şəkildə soruşdu: "Siz hökumətin hesabatında yaxşı heç nə tapmadınız?". İsmayılov cavab Verdi: -“Yox”. Sonra bir az da mübahisə düşdü və deputat getdi.İndiyə, icazənizlə, Azərbaycan iqtisadiyyatı barədə öz şəxsi fikirlərimi bölüşərdim. Dəqiq bilirəm ki, mənim jurnalist həmkarlarımın böyük əksəriyyəti ya normal, ya da yaxşı yaşayır. Hər halda, şəxsi avtomobilləri olan və özləri üçün ev tikən jurnalistlərə rast gəlinir.Orta məktəb müəllimləri dövlətdən az maaş alır. Onların bir hissəsi repetitorluqdan yaxşı qazanırlar. Həkimlər, bir qayda olaraq, dövlət klinikalarında çox az əmək haqqı alaraq çalışırlar və həmin gün tamamilə başqa qiymətləndirmələrlə özəl klinikaya yola düşürlər.Kənd təsərrüfatında çox şey insanın zəhmətsevərliyindən asılıdır. Bank və sığorta işçiləri bütün dünyada olan həmkarları kimi yaxşı pul qazanırlar.Ticarətçilər isə həmişə şikayətlənirlər (bu, onların peşəkar vərdişidir), amma peşələrini dəyişmirlər.İlin yekunlarına görə, 2013-cü ildə Azərbaycanda orta aylıq maaş 439 manat təşkil edib. Nəzərə almaq lazımdır ki, bu göstəriciyə insanların vergi ödədikləri qanuni maaş aiddir. Böyük əksəriyyəti vergilər narahat etmir. Daha dəqiq belə edilir: "ağ siyahıda" minimal maaşı (105 man) göstərirlər, bununla da minimal vergilər ödəyirlər, əslində isə bundan 3-10 dəfə çox pullar "zərflərdə" ödənilir.İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına əsasən, 2014-cü ildə ölkədə orta aylıq maaş 479 manat təşkil edəcək, 2015-də - 520 manat, 2016-da - 566 manat.Baş nazirin məruzəsindən bir hissə:2013-cü ildə ölkə ÜDM-nin real artımı 5,8 faiz təşkil etdi, qeyri-neft sektoru isə 10 faiz artdı. 2013-cü ildə bütün mənbələrdən ölkə iqtisadiyyatına 22 milyard manat vəsait qoyulmuşdur. Bütün investisiyaların 74,3 faizi qeyri-neft sektorunun hesabına təmin edilmişdir. İllik inflyasiya 2,4 faiz təşkil etmişdir."Keçən il məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması üzrə işlər davam etdirilmişdir. 2013-cü ildə 29 min insan yeni mənzillərə köçürdülmüşlər. Məcburi köçkünlərin sosial problemlərinin həllinə keçən il 637 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2003-cü illə müqayisədə 5,8 dəfə böyükdür", - baş nazir dedi.Onun sözlərinə görə, son 10 ildə Azərbaycan 5400 kilometrlik su kəməri xətti, 1200 kilometrdən çox kanalizasiya xətti çəkdi, böyük miqdarda su anbarı, nasos stansiyaları, sutəmizləyən qurğular inşa edilmişdir."Bu gün ölkə əhalisinin 55 faizi keyfiyyətli içməli su ilə təmin edilmişdir", - Rasi-zadə dedi.Baş nazirin sözlərinə görə, hesabat dövründə Azərbaycanın energetika sisteminin ümumi gücü12,9 faiz artaraq yeddi min meqavatı keçmişdir. Ölkədə son 10 il ərzində 17 elektrik stansiyası istismara verilmiş, 15 min kilometr elektrikötürmə xətti tikilmiş və 1600-dan çox yarımstansiya bərpa edilmişdir.Qeyri-neft sektoruna toxunmaq istərdim. Neft qurtardıqdan sonra Azərbaycanın çökəcəyi barədə mif nəinki şişirdilmişdir, həm də əsassızdır.Birincisi, qaz çıxarılır, bu resurs tezliklə tükənməyəcək.İkincisi, iqtisadiyyatın başqa sektorlarında istehsalın həcmi artır.Azərbaycan mebel, xalça, qida məhsulları, spirtli içkilər, siqaret, geyim, ayaqqabı və başqa məhsullara olan ehtiyacı təmin edir. Yəni bizim mağazalarımızda bu məhsulların idxal olunanı da var, amma yerli keyfiyyətli məhsullar daha çoxdur.Tikinti materiallarının bir hissəsi, rənglər, müdafiə sənayəsi məhsulları, avtomobillər, sənaye avadanlıqları istehsal edilir.Bu, maraqlıdır, ona görə də dəqiqləşdirirəm: Naxçıvanda Çin avtomobilləri istehsal edirlər - minik və avtomobil həvəskarlarının nisbətən kasıb hissəsinin fəal əldə etdiyi ciplər. Gəncədə Belarus kənd təsərrüfatı texnikası, ilk növbədə traktorlar yığırlar. Şamaxıda İran avtomobillərinin müvəffəqiyyətli istehsalı baş tutmuşdur, amma bir neçə ildən sonra zavod dayandı. Qəbələdə alman markasından olan piano istehsal edən böyük fabrik işləyir, elə oradaca Qafqazda ən böyük meyvə şirəsi zavodu yerləşir.Bizdə kağızı malları, avtomobil təkərləri, avtoyağlar, akummulyatorlar, dərmanlar, ofis təchizatı (Mingəçevirdə kompüterlər hazırlanır, amma mən hələ ki bunu ciddiyə almıram) və hələ ağıla gəlməyən çox şey idxal edilir.Azərbaycan aviasiya texnikasını alır. Amma bəzi vertolyotların və təyyarələrin burada yığılması barədə işgüzar danışıqlar aparılır. Bu məsələ gəmilərə də aiddir. Bakıya yaxın gəmiqayırma zavodu tikilir. Vaqon və lokomotiv zavodlarının tikintisiylə ölkə bu texnikanı da idxal etməyi dayandıracaq.Vəssalam, "neftdən sonra" bizi nələrin gözlədiyini barədə dediklərim bu qədər.Kamal ƏliANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























