“Tərtər işi” ilə bağlı daha 4 nəfərin məhkəməsi başlayır

"Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu və Əliyev Elçin Kalam oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayır. Bu barədə Trend məlumat yayıb.
Bildirilir ki, cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun icraatına verilib.
2016-cı ilin aprel döyüşlərindən sonra bir qrup hərbçi dövlətə xəyanətdə ittiham olunub.
Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər nazirliklərinin birgə bəyanatında hərbçilərin Ermənistanın xeyrinə casusluq etdiyi bildirilir.
Lakin 2019-cu ildə 2017-ci ilin may-iyununda saxlanılan 100-dən çox əsgər və zabitin işgəncələrə məruz qaldığı məlum olub.
25 hərbçi uzun müddətə azadlıqdan məhrum edilib, daha 9 nəfər işgəncə nəticəsində həlak olub.
Daha sonra təqsirləndirilənlərdən bəziləri bəraət alıb, işgəncələrə görə məsuliyyət daşıyanlar həbs edilib. Qanunsuz məhkum olunmuşların bəraət alması prosesi davam edir. Ötən il oktyabrın 5-də məhkəmələr 16, dekabrın 6-da isə daha 19 nəfərə bəraət hökmü çıxarıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























