Metroda köşkləri bağlanan satıcılar aksiya keçirir - FOTO

Metrodakı köşkləri bağlanan satıcılar etiraz aksiyasına başlayıblar. ANS PRESS-in məlumatına görə, köşkləri bağlanan satıcılar hazırda “Bakı Metropoliteni” QSC-nin binası qarşısında aksiya keçirməyə çəhd ediblər. Şikayətçilər köşkləri üçün ödədikləri vergi rüsumunun geri qaytarılmasını tələb edirlər. Qrup halında olan aksiyaçılar Zaur Hüseynovla görüşmək istədiklərini bildirirlər.Bakı Metroplitenin mətbuat xidmətindən isə aksiya ilə bağlı məlumatlarının olmadıqlarını bildiriblər. Mətbuat xidmətindən bildirilib ki, onlara heç bir aksiya iştirakçısı müraraciət etməyiblər. Qeyd edək ki, bu gün səhər saatlarında metronun İnşaatçılar satansiyasında olan bütün köşklər yığışdırlıb. İdarədən iddia ediblər ki, bu satıcıların öz seçimidir və onlar özləri köşklərini bağlayaraq boşaldılıb. Satıcıların ANS PRESS-ə verdikləri məlumata görə, onlar əvvəlcədən ödədikləri vergini geri istəyirlər. Onlara alver olan yerdə yer ayrılmayanadək aksiyalarını davam etdirəcəklər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























