• $
  • €
  • ₽
  • ₺
  • £

15 yaşlı qızla evlənib üzərində siqaret söndürən şəxsə bu cəza verildi

15 yaşlı qızla evlənib üzərində siqaret söndürən şəxsə bu cəza verildi
04.05.2023 13:17
Salyanda 15 yaşlı qızla evlənən oğlana 2 il 6 ay həbs cəzası verilib.

"Qafqazinfo”nun məlumatına görə, bu barədə ötən gün Salyan Rayon Məhkəməsi hökm elan edib.

Belə ki, keçən il 2003-cü il təvəlüdlü Tural Nəzirov (şərti) 2006-cı il təvəllüdlü Çinarə Quliyeva (şərti) ilə evlənib. Toy məclisi evdə ailələr arasında təşkil olunduğu üçün rəsmi qurumlar bundan xəbər tutmayıb. Həmin vaxt qızın 16 yaşı tamam olmayıb. Lakin qısa müddət sonra 18 yaşlı oğlan başqa qızlarla mesajlaşdığı üçün cütlük arasında mübahisə yaranıb. Tural 15 yaşlı həyat yoldaşını döyməyə başlayıb. Onun üzərində siqaret söndürüb. Daha sonra Çinarə Quliyeva ata evinə qayıdıb və ərindən polisə şikayət edib.

Tural Nəzirov Türkiyəyə getmək istəyərkən aeroportda saxlanılıb. O, döyülmə şikayətinə görə saxlanılsa da, sonradan ona yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasına görə də ittiham verilib. Tural Cinayət Məcəlləsinin 133.2.4 (yetkinlik yaşına çatmayan şəxsə əzab vermə) və 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə təqsirli bilinib. O, məhkəmədə Çinarə ilə evlənərkən onun azyaşlı olduğunu bildiyini etiraf edib. Çinarə isə Turala könüllü şəkildə ərə getdiyini, lakin hazırda şikayətçi olduğunu bildirib.

Məhkəmə faktları nəzərə alaraq, Tural Nəzirova ittiham olunduğu hər bir maddə üzrə 2 il həbs cəzası verib. Cəzaların qismən toplanması yolu ilə onun üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol