Azərbaycanın 26 vətəndaşı Sudandan təxliyə olunub

Sudandakı 26 Azərbaycan vətəndaşı Türkiyənin dəstəyi ilə təxliyə olunub. Bu barədə "Anadolu” məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bu günə kimi Türkiyə Sudandan 2061 nəfəri təxliyə edib. Onlardan 1763-ü Türkiyə, 298-i 22 fərqli ölkənin vətəndaşıdırlar. Onlardan 26-sı isə Azərbaycan vətəndaşlarıdır.
Aprelin 15-i şənbə günü səhər saatlarında Xartum və Sudanın bir sıra digər şəhərlərində ordu ilə RRF arasında silahlı toqquşmalar baş verib. Hadisə nəticəsində 500-ə yaxın adam ölüb.
RRF-nin silahlı qüvvələrə tam inteqrasiyasını nəzərdə tutan hərbi təhlükəsizlik islahatları ilə bağlı fikir ayrılıqları iki güc strukturu arasında silahlı münaqişə ilə nəticələnib.
Sudan Xarici İşlər Nazirliyi məlumat verib ki, Sudan Respublika Ordusunun komandanı Əbdülfəttah əl-Burhan RRF-ni ləğv etmək qərarına gəlib və bu strukturu "üsyankar” elan edib.
ABŞ dövlət katibi Entoni Blinken daha əvvəl Sudanda silahlı münaqişə tərəflərinin atəşkəs elan etmək barədə razılığa gəldiyini bildirib.
Sudan Həkimlər Assosiasiyası ölkənin qərbində yerləşən Qərbi Darfur əyalətində çoxlu sayda insanın ölümü ilə nəticələnən zorakılıqların artdığını bildirib.
Sudan Silahlı Qüvvələrinin Baş Qərargahı Qərbi Darfur istisna olmaqla, ölkədə vəziyyətin hərbçilərin nəzarətində olduğunu bildirib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























