• $
  • €
  • ₽
  • ₺
  • £

Qazilər polis tərəfindən döyüldüklərini iddia edir

Qazilər polis tərəfindən döyüldüklərini iddia edir
08.05.2023 15:25
Qazilər səbəbsiz yerə polislər tərəfindən döyüldüklərini iddia edirlər. Bu barədə onlar anews.az-a bildirib. 
 
Xaris Nəsirov bildiri ki, onlar heç bir əsas olmadan polis bölməsinə aparılaraq döyülüblər.
 
"Mən özüm müharibə iştirakçısıyam, üçüncü qrup Qarabağ əliliyəm. Mənimlə birlikdə döyülən yoldaşlarım da  qazidir. Maddiyatımız zəif olduğuna görə? Xırdalan qəsəbəsinin qəbirstanlığının yanında özümüzə balaca bir köşk aldıq. Abşeron rayon polis idarəsinin işçiləri həmin əraziyə gələrək köşkün burada çalışmasına  icazə vermədilər. Onlar bunun qanunsuz olduğunu bildirdilər və daha sonra bizdən on min manat pul istədilər. Aramızda mübahisə yarandı. Bizi tutub polis bölməsinə apardılar. 4-5 saat bizi bölmədə saxladılar. Daha sonra gəlib bizi heç bir səbəb gətirmədən çox pis şəkildə döydülər", - şəxs bildirir.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, səsləndirilən iddialar tamamilə əsassızdır.
 
"İlk növbədə onu deyim ki, köşkün qoyulması məsələsi polisin səlahiyyətinə aid olan məsələ deyil. Bu İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir. Həmin iddiaları səsləndirən şəxslər polis idarəsinə dəvət olunub. Onlarla izahedici proflaktik söhbət aparılaraq sərbəst buraxılıblar. Onlar barəsində hər-hansı bir inzibati cəza tədbiri görülməyib”, - şöbə rəisi bildirib.
 
Eltac Nurullazadə


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol