Bakıda BP-nin əməkdaşına qarşı cinayət

Bakıda BP-nin əməkdaşına qarşı cinayət törədilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə. naməlum şəxslər BP-nin Amec filialında mühəndis işləyən Britaniya vətəndaşı Hyuz Robertə (Hughes Robert) hücum edərək qızıl üzüyünü, qol saatını və iki ədəd mobil telefonunu əlindən alıblar. Baş Cinayət-Axtarış İdarəsi və Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Qabil Cəfərov və Kamran Aslanov tutulublar.Həmin şəxslər martın 8-də Bakı şəhər sakini Andrey Sorokinin də 500 manat pulunu, mobil telefonunu və şəxsi sənədlərini quldurluq yolu ilə alıblar.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























