Güclü külək Gədəbəy rayonunu işıqsız qoyub

Güclü külək Şəmkirdən Gədəbəyə gedən yüksək gərginlikli elektrik xəttini qırıb.Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, səhər saatlarından başlayan qasırğa rayonun Yasamal aşırımındakı elektrik dirəyini aşırıb. Nəticədə Şəmkirin Zəyəm qəsəbəsindən Gədəbəy rayonuna gedən 35 kV-lıq elektrik naqili qırılıb və rayon enerjisizi qalıb. Q. Paşayevin bildirdiyinə görə, hazırda ərazidə iş gedir, enerji təminatı yaxın iki saat ərzində bərpa ediləcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























