Azərbaycan Ordusunda silah və hərbi texnika yay mövsümünə hazırlanır - FOTO/VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi hissələrdə əvvəlcə şəxsi heyətlə nümunəvi dərslər keçirilərək mövsümi xidmət qaydaları izah edilib.
Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla texnikalara planlı şəkildə mövsümi qulluq göstərilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır. Həmçinin şəxsi heyətə yay şəraitində texnikanın istismarı qaydaları və təhlükəsizlik tələbləri çatdırılır.
Qeyd edək ki, silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismara hazırlığı hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xidmət edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























