Qazinin çənəsini sındıran idmançı saxlanıldı - YENİLƏNİB

Nazirlik işçisini vuran R.Nəbizadə saxlanılıb. Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, Nəbizadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub.
16:02
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, "Vətən müharibəsi iştirakçısı”, "Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.
Bu barədə məlumatı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tural Qurbanov paylaşıb.
Məlumatda qeyd edilib ki, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün Komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib.
Qazi əməkdaşımız, 44 günlük Vətən müharibəsində yaralandığı üçün II dərəcə əlilliyi müəyyən olunmuş baş təlimatçı Namiq Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq müvafiq izahat verdiyi zaman Rəvan Nəbizadə qəfil hücum çəkərək ona yumruq zərbələri vuraraq, ağır bədən xəsarəti yetirib.
Nəticədə əməkdaşımız Namiq Babayevin çənə sümüyü 2 yerdən sınaraq, dişləri qırılıb və hazırda tibb müəssisəsində müalicə olunur, əməliyyat olunacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























