• $
  • €
  • ₽
  • ₺
  • £

"Neft daşları"nda ölüm hadisəsi - SOCAR-dan açıqlama

"Neft daşları"nda ölüm hadisəsi - SOCAR-dan açıqlama
29.05.2020 10:07
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Neft daşları"nda baş verən ölüm hadisəsinə aydınlıq gətirib.ANN.Az-ın ARDNŞ-nin saytına istinadən verdiyi məlumata görə, martın 15-də saat 15:15 radələrində "Neftqaztikinti" trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsinin təmir briqadası tərəfindən "Azneft" İB-nin "Neft Daşları" NQÇİ-də təmir işləri aparılarkən işçilərin üzərində olduğu ferma estakadadan qoparaq 4 nəfər işçi ilə birlikdə dənizə düşüb.3 nəfər quraşdırıcı - Səfədur Zəkərəliyev, Mənsim İmanov, Mais Süleymanov iş yerində olan xilasedicilərin və işçi yoldaşlarının köməkliyi ilə dərhal sudan çıxarılaraq Neft Daşlarındakı Tibb-sanitar hissəsinə çatdırılıblar, vəziyyətləri normaldır.Suya düşənlərdən bir nəfəri - "Neftqaztikinti" trestinin 7 saylı TQİ-nin V dərəcəli quraşdırıcısı, 1956-cı il təvəllüdlü Hacıyev Musa Mirzəhüseyn oğlu isə dənizdə itkin düşüb. Dalğıc gəmiləri hadisə yerinə səfərbər olunub, axtarış işləri nəticəsində M.Hacıyevin cəsədi 19:00 radələrində dənizdən çıxarılaraq sahilə göndərilib.Hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmri ilə yaradılmış komissiya araşdırmalara başlayıb. Araşdırmanın nəticələri haqqında ictimaiyyətə məlumat veriləcək.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol