Ötən il cinsi istismara məruz qalan uşaqların sayı açıqlanıb- RƏSMİ

2022-cü ildə 94 nəfər (93 qadın, 1 kişi) insan alveri qurbanı olub. Bu barədə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2022-ci il üzrə hesabatında bildirilir.
Bildirilir ki, 94 nəfərdən 1 nəfəri əcnəbi olub (Nigeriya Federativ Respublikasının vətəndaşı öz həmyerlisi tərəfindən Azərbaycanda istismar edilib).
Onlardan 82-i cinsi istismar məqsədilə Türkiyəyə, 1-i İrana aparılıb, 9-u ölkə daxilində cinsi istismara, 2-i isə məcburi əməyə məruz qalıb.
Qurbanlardan 6-ı uşaq (hamısı qadın, cinsi istismar), 16-ı 18-25 və 41-i 25-35 yaş arası, 31-i 35-dən yuxarı yaş həddində olub.
Dövlət Statistika Komitəsinin (DSK) bilgisinə görə, 2022-ci ildə Azərbaycanda 51 qadın məişət zorakılığının qurbanı olub. 2021 ci ildə bu rəqəm 46 olub. Ondan da əvvəl - 2020-ci ildə 41 qadın belə zorakılıq üzündən həyatını itirmişdi. Bu o deməkdir ki, təkcə son iki ildə məişət zorakılığı üzündən həlak olan qadınların sayı 25 faiz artıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























