• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda vəhhabilərə qarşı əməliyyat: saxlanılanlar var

Bakıda vəhhabilərə qarşı əməliyyat: saxlanılanlar var
17.03.2014 12:41
Bakıda polis vəhhabi təriqətinin üzvü olduğu iddia olunan dindarlara qarşı əməliyyat keçirib.Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polisə paytaxtın Binəqədi rayonu, Binəqədi kəndi, C. Cabbarlı küçəsi döngə 2, ev 7 B ünvanında radikal dini yönümlü şəxslərin toplaşması barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında həmin ünvanda əməliyyat keçirən polis 11 nəfəri saxlayıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onlar 500 manatdan 1500 manatadək cərimələniblər. APA polisin əməliyyat keçirdiyi evin sahibi, 1964-cü il təvəllüdlü Arif Məmmədovu taparaq ondan məsələyə münasibət öyrənib. A. Məmmədov APA-ya açıqlamasında bildirib ki, onlar 10 ilə yaxındır ki, yaşadığı evdə ibadətlə məşğul olurlar: ““Əbu Bəkr” məscidi bağlanandan sonra mən öz evimin qapısını ibadət edən şəxslərin üzünə açdım. O gündən bəri dindarlar mənim evimdə toplaşaraq ibadətlə məşğul olublar. Bu günə qədər heç bir problemimiz olmayıb və bizə heç kim xəbərdarlıq da etməyib. İki gün əvvəl polis gələrək ibadət edənlərin hamısını apardı. Mən də daxil olmaqla doqquz nəfər 1500 manat, bir nəfər 1600 manat, bir nəfər isə 500 manat cərimələdilər. Daha bir nəfərə isə xəbərdarlıq edilib”. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol