Məhkəmə idmançı Rəvan Nəbizadə ilə bağlı qərar verib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevi döyən idmançı Rəvan Nəbizadə barəsində həbs qətimkan tədbiri seçilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bununla bağlı Binəqədi Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edərək Rəvan Nəbizadə barəsində 1 ay müddətə həbs qətimkan tədbiri seçib.
Namiq Babayev və Rəvan Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. Namiq Babayev Xüsusi Təyinatlı Qüvvələrin mənsubudur. 5 medalla təltif olunub. Rəvan Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gələn Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. Namiq Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman Rəvan Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























