Hüquq müdafiəçisi əfv olunub

Prezident İlham Əliyevin əfv sərəncamına ABŞ Dövlət Departamenti tərəfindən dərc edilən siyasi məhbusların siyahısında adı çəkilən azərbaycanlı hüquq müdafiəçisi Elçin Məmməd də azadlığa buraxılıb.
2020-ci il oktyabrın 17-də Sumqayıt şəhər məhkəməsi Sumqayıt Gənclərin Hüquqi Maarifləndirilməsi QHT-nin rəhbəri və "Yüksəliş naminə” saytının redaktoru Elçin Məmmədi "oğurluq” və "qanunsuz silah və döyüş sursatı saxlamaqda” təqsirli bilərək, 4 il azadlıqdan məhrum edib.
Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib. Bir müddət əvvəl həmin qadın criminal.az saytının redaktoru Anar Məmmədovdan da şikayət etmişdi.
Məmməd cinayət işini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir. Amnesty İnternational, PEN, FİACAT, OMCT, FİDH, CJFE və digər nüfuzlu beynəlxalq təşkilatlar Elçin Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























