• $
  • €
  • ₽
  • ₺
  • £

Ağsuya yeni suvarma kanalı çəkilir

Ağsuya yeni suvarma kanalı çəkilir
08.05.2023 11:39
Ağsu Suvarma  Sistemləri İdarəsi tərəfindən 2023-ci il ərzində planların yerinə yetirilməsi istiqamətində bir sıra işlər görülüb.  Bunu Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
 
Belə ki, ilin əvvəlindən indiyə kimi plan çərçivəsində təsərrüfatlararası və təsərrüfatlardaxili suvarma  kanalları 130 min m3 həcmdə lildən təmizlənib.
 
Bundan başqa Ağsu Maşınqolu kanalında betonla üzləmə üçün hazırlıq işləri görülür. Barmi kanalına paralel olaraq isə yeni kanal çəkilir. Bununla da kanal ətrafında yerləşən ərazilərdə əkin sahələrinin suvarılması yaxşılaşır.

Yeni çəkilən kanal şoranlaşma təhlükəsini də aradan qaldıracaq. Bununla yanaşı suvarma suyu maneəsiz və itkisiz olaraq əkin sahələrinə çatacaq. 
Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən sel və daşqınlara qarşı mübarizə məqsədi ilə Ağsuçay, Girdimançayda və Nazirçayda 7 min m3 çay  məcrası təmizlənib, hidrotexniki qurğulardan  15 ədədi  cari  və əsaslı təmir olunub. Sel suları nəticəsində çaylarda yaranmış təhlükəli vəziyyətlər idarənin texnikaları vasitəsilə aradan qaldırılıb. Nasos stansiyasında təmir işləri ardıcıl olaraq aparılır. Bunun nəticəsi olaraq rayonun bütün kəndlərinin suvarma suyu ilə təminatında olan çətinliklər aradan qaldırılıb. Su təminatında Ağsuçaydan, Girdimançaydan, Yuxarı Şirvan kanalı və onun Maşınqolu kanalından və eləcə də ehtiyyat su mənbəyi olan Cavanşir su anbarından istifadə edilib. Bundan başqa Subartezian quyularında cari təmir işləri aparılıb, sıradan çıxmış mühərriklər yenisi ilə əvəz olunur. Eyni zamanda Bəyimli kəndində 1 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub.

Ağsu Suvarma Sistemləri İdarəsi 37000 hektardan artıq suvarılan torpaq sahələrinə xidmət edir. Bu sahələr 974 km uzunluğunda olan kanallar vasitəsilə suvarılır. Bundan başqa idarənin balansında 33 ədəd subartezian quyusu və 2 ədəd nasos stansiya da mövcuddur. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol