“Azerçay” “Prezident Kuboku-2023” beynəlxalq reqatasını dəstəkləyib - Fotolar

"Azerçay” "Prezident Kuboku-2023” beynəlxalq reqatasını dəstəkləyib.
Yarış, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə 4-7 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.
Doğma çay markamız 3 gün ərzində bütün iştirakçı və qonaqları çay süfrəsinə qonaq edib. Bununla bərabər doğma çayımız qaliblərə və qonaqlara özəl hədiyyələr də təqdim edib. Hər zaman dünyada və Azərbaycanda ölkəmizin təbliği üçün həyata keçirilən layihələrə dəstək verən "Azerçay” gələcəkdə də ənənələrinə sadiq qalacaq.
"Azerçay” markasının dəstəklədiyi yarışda Suqovuşan və Mingəçevirdə keçirilən reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı iştirak edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























