Baku TV KATV1-də yayıma başlayıb

Baku TV daha bir kabel televiziyasında yayıma başlayıb.
2018-ci ildən internet kanalı kimi fəaliyyət göstərən Baku TV-ni bu gündən KATV1 abunəçiləri də izləyə biləcək.
Bunun üçün abunəçilər axtarış bölməsindən Baku TV-ni taparaq, seçilmişlər siyahısına əlavə etməlidir.
Ölkədə və dünyada baş verən önəmli və aktual hadisələri izləyiciyə çatdıran xəbər kanalı hadisə yerindən reportajları, eksklüziv müsahibələri, müəllif verilişləri və araşdırmaları ilə abunəçilərə geniş kontent təqdim edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























