Müsavatçının xanımı dəm qazından boğuldu

Bakıda daha bir nəfər dəm qazından boğulub. “Qafqazinfo” xəbər verir ki, 1971-ci il təvəllüdlü Nəzakət Hüseynli yaşadığı evdə dəm qazından boğulub. Qeyd edək ki, N. Hüseynli Müsavat partiyasının üzvü Mübariz Hüseynlinin xanımıdır. "Qafqazinfo"ya açıqlama verən Nəzakət Hüseynlinin həyat yoldaşı Mübariz Hüseynli bildirib ki, martın 14-də xanımı qaz sobasının yanında yuxuya gedib, küləyin sobanı söndürməsi nəticəsində o, dəm qazından boğulub:“Uşaqlar dərhal həkim çağırdılar. Həmin gün onun vəziyyəti nisbətən yaxşılaşsa da, martın 16-sı yenidən pisləşdi. O, ürək çatışmazlığından əziyyət çəkirdi. Buna görə də zəhərlənmə öz təsirini iki gün sonra biruzə verib”. Qeyd edək ki, Nəzakət Hüseynlinin üç övladı var. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























