Yol Polisi: Bizdə helikopter var

Sürücülərin yol polisi tərəfindən təqib edilməsi tez-tez narazılıqla qarşılanır. Sürücülər yol polisi tərəfindən təqib olunmasını düzgün olmadığını iddia edir və bunun ağır qəzalara gətirib çıxaracağını deyirlər.Dünyanın bir sıra ölkələrində polisdən qaçan avtomobillər helikopter tərəfindən təqib olunaraq saxlanılır. Azərbaycanda da yol polisi üçün helikopter alınıb. Tabe olmayan sürücülərin helikopter tərəfindən təqibi mümkündürmü?Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin Milli.Az-a açıqlamasında bildirdiyinə görə, yol polisinin helikopteri var və bu konkret avtomobillərin təqib edilməsi üçün nəzərdə tutulmayıb.Şəhər içərisində helikopterdən istifadə etmək düzgün deyil. Helikopterlər rayonlararası yollar üçündür.Şöbə rəisinin sözlərinə görə, avtomobillərin təqib olunması “Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsində də aydın göstərilir. Hər hansı bir sürücü polisin qanuni saxlama tələbinə tabe olmursa, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradırsa, təhlükəsizlik tədbirləri görmək və radiocihaz vasitəsilə rəhbərliyə məlumat vermək şərtilə həmin nəqliyyat vasitəsi təqib oluna bilər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























