“Topaz”ın xəzinədarı soyuldu

Bakı sakininə qarşı quldurluq edilib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Cavanşir küçəsi 9 ünvanında yerləşən “Topaz” mərc oyunları klubunda qeydə alınıb. Naməlum şəxs klubun xəzinədarı, Bakı şəhər sakini Rövşən Məhəmməd oğlu Məmmədovu bıçaqla hədələyərək kassada olan 2740 manat pul aparıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























