2023-cü ildə qaz nəql edilən ölkələrin sayı 10-na çatacaq- PREZİDENT

İlin sonuna kimi Azərbaycan 10 ölkəyə təbii qaz verməyi planlaşdırır. Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.
"Azərbaycan qazı bizim siyasi çəlimizi artıtı. Mən bütün bu layihələrin iştirakçısı kimi çox yaxşı bilirəm ki, o vaxt Azərbaycain neft qaz potensiai ilə bağlı şaiyələr gəzirdi. İndi də var. Biz nə demişiksə, həyatda öz əksi tapıb. Və biz bu gün Ulu Öndərin davamçıları onun yolu ilə gedirik. Bizim maliyyə resurslarımiz, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq daxili öz resurslarımızdan istifadə edək. Müstəqilllik ən böyük nemətdir. Biz ancaq qürur hissi ilə öz torpaqlarımızda yaşayırıq",- prezident vurğulayıb.
Hazırda Azərbaycan qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliyaya, bu ildən isə Rumıniyaya ixrac edilir.
2022-ci ilin iyulunda Azərbaycan ilə Avropa Komissiyası arasında energetika sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalanıb, ona əsasən 2027-ci ilə qədər Azərbaycan qazının Avropa bazarına nəqlinin iki dəfə artırılması nəzərdə tutulur.
2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz tədarük edib. Bu il isə ixracı 12 milyard kubmetrə çatdırmaq hədəflənib.
2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz tədarük edib. Bu il isə ixracı 12 milyard kubmetrə çatdırmaq hədəflənib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























