Gəncə Dövlət Flarmoniyasını musiqi təhsili olmayan şəxs idarə edir- İDDİA

Azərbaycan Aşıqlar birliyinin Gəncə üzrə sədr müavini, bəstəkar, folklorşünas Elnur Baxış Gəncə Dövlət Filarmoniyasının direktor müavini vəzifəsinə təyin edilməməsindən şikayətçidir. Bu barədə o, anews.az-a bildirib.
Onun sözlərinə görə, buna səbəb Elnur Baxışın ali musiqi təhsili olmaması olub.
"Gəncə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi vəzifəsini icra edən Süleyman Əliyev mənə ünvanladığı məktubda Gəncə Dövlət Filarmoniyasında vakant olan direktor müavini vəzifəsinə işə qəbul edilməyimin məqsədəuyğun olmadığını bildirib. Ali musiqi təhsilimin olmamasını buna səbəb kimi göstəriblər. Mən bu deyilənlərlə razılaşdım. Ancaq Filarmoniyanın hazırki direktoru Rəşad Yusifov Aqrar Universitetinin İqsadiyyat fakültəsini bitirib. Onun heç musiqi təhsili və istedadı yoxdur. Bu adam bu günə qədər heç bir dövlət strukturunda işləməyib. Konkret olaraq alverlə məşğul olub. Kafe və lombard işlədib. Sabiq nazirin vaxtında filarmoniyaya direktor təyin olunub. Mən isə sırf musiqiçiyəm. Uşaq musiqi məktəbini bitirmişəm. Qərb bölgəsində müstəqil bəstəkar, folklorşunas, aşıqşunas, publisist yazar və ictimai xadim kimi tanınmışam. Neçə-neçə bəstələdiyim mahnıları Azərbaycanın məşhur sənətçiləri və xalq artistləri ifa edib", - Elnur Baxış bildirib.
Elnur baxış söyləyir ki, filarmoniyada foto çəkiliş etmək üçün bəy və gəlindən 50 manat tələb edirlər.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən anews.az-a bildirilib ki, məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























